download: Pdficon.png
Odticon.png
Version: 1.0

Addım-Addım Bağışlamaq

Hamımız dərin və sevgi dolu münasibətlər istəyirik, amma təəssüf ki, əziyyət çəkir və hətta insanlar tərəfindən istifadə edilirik. Bu vəziyyət bizə çox ağrı verir. Necə ki, yaralar müalicə edilməyəndə iltihab yaranır, qəlbimizdəki yaralar üçündə eyni şey geçərlidir, bir şey etməsək ürəyimizdəki yaralarda dərinləşər. Zaman hər şeyin dərmanı deyil.
Ümumilikdə bizlər bunun öhdəsindən gələ bilmək üçün bəzən geri çəkilir vəbinsanlarla aramızda divarlar qururuq. Sonunda insanların bizə yaxınlaşmasına belə imkan vermir və tənhalıqda yaşamağa başlayırıq. Bəzəndə qəzəblə hərəkət edir, insanların səhvlərini əsas tutur, hətta intiqam almağa çalışırıq. Belə etdiyimizdə düşüncəmiz daima bunlarla məşğul olur və heç nədən əziyyət çəkirik.
Bu yollarla özümüzü daha çox istifadə olunmaqdan qorumağa çalışırıq, amma sonunda özümüzü daha çox incidirik. Üstəlik biz incidiyumizdə başqalarına qarşı sevgi ilə yaxınlaşa bilmirik – Canı yananlar, başqalarının canınıda yandırırlar.

Bütün bu çətim vəziyyətdən azad olmağın yeganə yolu bağışlamaqdır, bağışlamaq ağrıları yaşayan insan üçün çətin ola bilər. Yaşadıqlarımızı unutmağımız asan olmadığı üçün, bu ağrıları daxilimizdə saxlayırıq və illərlə küsülü qalırıq. Halbuki bağışlamadıqca həm bizi incidən insana, həmdə keçmişimizə əsir oluruq. Ancaq bunun əvəzinə Allah bizi dərdlərdən, ağrılardan, intiqam hisslərindən və keçmişimizdən "azad" etmək istəyir.

Bağışlamaq nədir?

Bağışlamaq bir qərardır. Bağışladığımızda incidiyimiz insana qarşı bütün təqsirləndirmələrdən və mühakimələrdən imtina edirik. Həmin insanı Allahın əllərinə buraxırıq. Özümüz mühakimə etmirik, adil olan Allaha etibar edirik. Başqa bir sözlə üzlərinə vurmur, səhvlərinin hesabını tutmuruq. Yəni onsuzda keçmişi dəyişdirə bilmədiyimiz üçün ysşadıqlarımızla indi barışır və bizi incidən insanı borclarından azad edirik.
Bunu yalnız biz qərar veririk. Bizi incidən insan indi yanımızda olsun, ya olmasın, bizdən üzr istəsin ya istəməsin onu bağışlamağımız həmin insandan asılı deyildir. Biz bizi incidən insanların əsiri deyilik.
Bağışlamaq digər insan üçün yaxşıdır, lakin biz birinci öz yaxşılığımıx üçün bağışlamalıyıq. Bağışladığımız zaman qorxu, qəzəb, ağrı kimi hisslərdən azad olur, yenidən sülh tapırıq.

Bağışlamanın yolları

Bəzən bağışlamaq üçün bir neçə addım atırıq, amma bağışlamanın yolunu bilmədiyimiz öçün yada yolun tamamını getmədiyimiz üçün, həqiqətən bağışlaya bilmirik. Ürəyimizdə hələdə qırıqlıq qalır. Bir insanı tamamilə necə bağışlaya bilərik? Indi söyləyəcəyimiz addımlar bağışlama müddətində sizə yol göstərəcək.

Aşağıdakı ilk üç addımı seçib bir insanın köməyi ilə diqqətli şəkildə atmalıyıq.

1. Nə oldu?

  • Nə olduğunu dəqiqliklə izah edin.
  • Səhv anlayış: Problemlərimizi çox uzadaraq və qeyri-müəyyən şəkildə bildirmək.

2. Bizinə incitdi? Nə hiss etdik?

  • Hisslər vacıbdir. Baş verənlər qədər bizim nələr hiss etdiyimizdə vacibdir. Allah hisslərimizi bizim vacib bir parçamız olaraq yaratdı.
  • Səhv anlayış: Bu addımı kənarlaşdırıb, keçmişə ilişib qalmaq.

3. Səhvi təsəvvür etmək

  • Bizə qarşı işlənən səhv nədir? Bizə necə haqsızlıq edildi? Bizə qarşı edilən səhvləri olduğu kimi danışaq.
  • Səhv anlayış: Digər insanı haqlı çıxartmağa çslışmaq. ("məndə layiq idim amma" ilə başlayan cümlələr) Unutmayaq ki, bizə edilən haqsızlığı haqsızlıq adlandırmasaq bağışlays bilmərik.

Indi dua etməyə başlayaq və bütün bunları Allahın hüzuruna gətirək.

4. Allahın hüzurunda məhkəmə qurmaq

  • Allah hakimdir və bizə qarşı edilən bütün haqsızlıqları və şikayətlərimizi Ona bildirək. Ilk üç addımın bütün səbəblərini açıqca söyləyək.
  • Səhv anlayış: Bu addımı kənarlaşdıraraq, yada daxilimizdəki incikliklərimizi söyləməyərək, daxilimizdəki həqiqi hisslərimizi saxlayırıq. (rahat olaq və daxilimizdəkiləri söyləyək)

5. Bağışladığımızı söyləmək

  • Indi bağışladığımızı səsli olaraq söyləyək. ( ... Üçün ... bağışlayıram ) və bütün davamı Allahın ixtiyarına buraxıram.
  • Səhv anlayış: "Allahım bağışlaya bilmək üçün mənə güc ver" deyə dua etməyimiz. Ancaq bu cür bitirsək, hələdə bağışlamış sayılmırıq.

Allah'ın hüzurunda məhkəmə qurmaq

Allah bütün haqsızlıqlari və ədalətsizlikləri mühakimə edəndir və mühakimə bizim işimiz deyildir. Yaşadıqlarımızdan ötrü başqasına haqsızlıq etməyə və intiqam almağa haqqımız yoxdur.
Necə ki, bu dünyada yaşadığımız bir haqsızlığa görə dava açıb məhkəməyə aparırıqsa, Allaha da apara bilərik. Onun hüzurunda dürüst olub hər şeyi söyləyə bilərik. Sonrasında bütün təqsirləndirmələri buraxaraq hər şeyi Allahın əllərinə verərik.

Notlar

Birindən kömək almaq
Bütün bu bağışlama müddətində bəzi şeyləri gözdən qaçırtmadan aparmaq olduqca çətindir. Bütün bu addımları bizimlə ata biləcək və birlikdə dua edə biləcəyimiz birini tapmalıyıq.
Öz günahımız
Incidiyimizdə, bizdə çox vaxt istəmədən başqalarına qarşı kobud davranır və onlara qarşı günah işlədirik. Bunları yaddan çıxartmayaq və bunlara görə tövbə edək.
Özünü bağışlamaq
Bəzən özümüzə qəzəblənər, özümüzü günahlandırarıq. Əgər bu cürsə öyrətmə listəsinə öz adını yaz. Özünü barışlamaq denək Isa Məsihin qanı sayəsində Allahın bizi bağışladığını və təmizlədiyini qəbul etməkdir.
Allahı bağışlamaq
Bəzən Allahla bağlıda mənfi düşüncələrə sahib oluruq və hətta Ona qəzəblənirik. Bu vəziyyətdə aşağıda göstərilən öyrəştirmə listəsinə Allahın adını yaz. Allah səhv etməz, buna görə onsuzda Onu bağışlaya bilmərik. Amma Allaha qarşı olan qəzəbimizdən və məyusluğumuzdan imtina etməliyik.
Bağışlamaqda qərarlə olmaq
Keçmiş hisslərimiz yenidən ortaya çıxırsa, özümüzə çoxdan bağışladığımızı yenidən xatırladaq. Hisd etdiklərimiz keçəcəkdir. Yenədə bunun altında başqa səbəblər, yada ilk başda demədiyimiz daha dərin şeylər ola bilər. Bu vəziyyətdə yeni ortaya çıxmış səbəblər şəfa tapsın deyə, bir daha prosesin üstündən keç.

Öz ürəyınə baxmaq

Allaha aşağıdakı sualları ver və qeyd etmək üçün 5 dəqiqə ayır:

Allahım kimi bağışlamaləyam?
Allaha qulaq as və bütün və bütün münasibətlərimizi gözdən keçirək. ( ana, ata, ailə, qohumlar, iş yoldaşları, sinif yoldaşları, dostlar, ...) Məni kim incitdi və necə incitdi?

Birinizlə münasibətlərinizin sağlam olub olmadığını bilmək üçün məsləhətlər:

  • O şəxsin düşüncəsi: bütün ürəklə onun üçün ən yaxşısını xahiş edə bilərsinizmi?
  • Ki, həmin şəxslə küçədə gördüyünüzü təsəvvür edin: Necə hiss edirsiz? Qəlbinizdə nifrət və ya kədər yaranırmı?

Öyrətmə

Hardan və kimdən başlamaq istəyirəm?
Bu müddət ərzində kim mənə kömək etməlidir? Indi dəqiq bir plan qur!